Aprelin 10-da ABŞ Dövlət Departamentinin nümayəndələri Kubanın sabiq lideri Raul Kastronun nəvəsi Raul Rodriges Kastro da daxil olmaqla Kuba rəsmiləri ilə görüşmək üçün Havanaya səfər edib.
Musavat.com xəbər verir ki, məlumatı Axios ABŞ administrasiyasındakı mənbələrə istinadən yayıb. Mənbələrə görə, ABŞ nümayəndələri adada "demokratik və iqtisadi azadlıqlara çağırış ediblər" və eyni zamanda respublika hakimiyyətinin "vəziyyət dönməz şəkildə pisləşməzdən əvvəl ABŞ-ın dəstəyi ilə islahatlar həyata keçirmək üçün yalnız kiçik bir fürsət pəncərəsinə" malik olduğunu bildiriblər. Portalın məlumatına görə, bunun müqabilində ABŞ nümayəndələri ticarət və iqtisadi embarqonun "qaldırılmasında kömək" təklif ediblər, eləcə də adaya Starlink peyk rabitə sisteminə çıxış imkanı yaradılacağını deyiblər
Axios-un qeyd etdiyinə görə, Dövlət Departamentinin rəsmiləri həmçinin "ABŞ ərazisindən 100 mil (160 km – red.) daxilində Kuba hökumətinin icazəsi ilə fəaliyyət göstərən xarici kəşfiyyat, hərbi və terrorçu qrupların işi ilə bağlı narahatlıqlarını ifadə ediblər". Portalın qiymətləndirməsinə görə, Amerika nümayəndə heyətinin "ötən cümə günkü səfəri diplomatik irəliləyiş olub, çünki Obamanın səfərindən sonra Amerika hökumət təyyarəsi 10 ildən sonra ilk dəfə adaya eniş edib".
Musavat.com