Yaponiyada 4,9 maqnitudalı zəlzələ baş verib.
"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzinin məlumatında deyilir.
Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.
Təkanlar 360 mindən çox insanın yaşadığı Naqanodan 32 km şimal-qərbdə qeydə alınıb.
Hadisə nəticəsində zərərçəkənlər və dağıntılar, eləcə də sunami təhlükəsi barədə məlumat verilmir.
"Cebheinfo.az"