AZ

Şəmkirdə məktəbdə yanğın olub, şagirdlər təxliyə edilib - YENİLƏNİB

Şəmkirdə
Şəmkirdə məktəbdə baş verən yanğın dərs vaxtı olub. 1news.az-ın APA-ya istinadən məlumatına görə, yanğın məktəbin informatika otağında baş verib.
Hadisə zamanı şagirdlər məktəb rəhbərliyi tərəfindən təxliyə edilib. 10:21 Şəmkirdə yanğın hadisəsi baş verib. 1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayonda yerləşən Nəriman Nərimanov adına 2 mərtəbəli, ümumi sahəsi 900 kvadratmetr olan məktəbdə yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində məktəbin kompüter otağında 30-a yaxın kompüterin 7 ədədi yanıb.

Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb. Araşdırma aparılır.

Seçilən
1
9
1news.az

10Mənbələr