AZ

Heyvanlarla bağlı qərar nəyi ehtiva EDiR? - Qanun, cərimə və MƏSULİYYƏT

Ev heyvanlarına və ümumilikdə heyvanlara qarşı münasibət Azərbaycanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.

Day.Az xəbər verir ki, bu məcəllənin 274-cü maddəsinə əsasən heyvanlara qarşı qəddar rəftar, yəni onlara zorakılıq, xəsarət yetirmək, zəhərləmək və ya digər şəkildə əziyyət vermək inzibati xəta sayılır.

Bu əmələ görə fiziki şəxslər üçün adətən 500 manatdan 800 manatadək cərimə tətbiq olunur. Əgər bu hərəkətlər heyvanın məhvinə və ya ciddi xəsarət almasına səbəb olarsa, məsuliyyət daha da ağırlaşdırıla bilər.

Ev heyvanlarını sahiblənib sonradan küçəyə atmaq birbaşa ayrıca maddə ilə hər zaman göstərilməsə də bu davranış heyvanlarla qəddar rəftar və saxlanma qaydalarının pozulması kimi qiymətləndirilə bilər və inzibati məsuliyyətə səbəb olur.

Bu kimi halların qarşısının alınması üçün müvafiq qurumlar tərəfindən nəzarət tədbirləri həyata keçirilir.

Heyvanlara qarşı zorakılıq halları müşahidə edildikdə və ya belə bir hadisə ilə qarşılaşıldıqda vətəndaşlar dərhal polisə müraciət edə bilərlər. Bu, həm cinayət xarakterli halların qarşısının alınması, həm də heyvanların müdafiəsi üçün vacib addımdır.

Bu qanunlar cəmiyyətin heyvanlara münasibətini tənzimləmək və onları qorumaq məqsədi daşıyır. Heyvan sahibləri onları götürərkən bunun uzunmüddətli öhdəlik olduğunu nəzərə almalı, küçə heyvanlarına qarşı isə zorakılıqdan uzaq durmalı və minimum mərhəmət göstərməlidirlər.

Nəsimi Ələsgərli 

Seçilən
26
day.az

1Mənbələr