AZ

BAŞLANIR: ABŞ və İran böyük heyətlə GÖRÜŞƏ gedir, Trampdan ŞOK hədə - TV Musavat

İranla danışıqlarda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, ABŞ prezidentinin kürəkəni Cared Kuşner və ehtimal ki, vitse-prezident Ceyms Devid Vens iştirak edəcəklər. Bu barədə ABŞ prezidenti Donald Tramp ABC-yə verdiyi müsahibəsi zamanı danışıb.

Bundan başqa Tramp əvvəllər İranla danışıqlar üçün yaxşı perspektivlər gözlədiyini vurğulayaraq, razılığa gəlmək üçün çox az fikir ayrılığının qaldığına əminliyini bildirib.

Tramp hələlik vitse-prezidenti ilə bu barədə danışmadığını deyib.

İranın zənginləşdirilmiş uranın ölkə xaricinə çıxarılması ilə bağlı heç bir planı mövcud deyil”.

İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə bu sözləri Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

“İranın zənginləşdirilmiş nüvə materiallarının hansısa bir ölkəyə transferi gündəmdə deyil”, - Bəqai bildirib.

TV Musavat-ın saat 12:15-də canlı yayımlanan "Həftə içi" verilişində sualları hüquqşünas Qulamhüseyn Əlibəyli cavablandırır.

Seçilən
12
musavat.com

1Mənbələr