AZ

Azərbayan cüdoçusu Zelim Tçkayev Avropa çempionatında yarımfinala yüksəlib - YENİLƏNİB-4

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbəri verir ki, idmançı 1/4 finalda Vasiliye Qrujiçiçə qalib gəlib.

Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Azərbaycan turnirdə 15 cüdoçu ilə təmsil olunur.

Bu gün mübarizəyə qoşulan digər təmsilçilərimizdən Südabə Ağayeva (70 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) yarışı mükafatsız başa vurublar.

Azərbaycan cüdoçusu Südabə Ağayeva (70 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında ardıcıl ikinci qələbəsini qazanıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, idmançı bu dəfə Böyük Britaniya təmsilçisi Kelli Petersendən üstün olub.

Beləliklə, S.Ağayeva 1/8 finala yüksəlib.

Azərbaycanın daha bir cüdoçusu Ömər Rəcəbli (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbəri verir ki, idmançı 1/16 finalda Abdul-Kerim Tasuyevlə (Rusiya) üz-üzə gəlib.

Rəqibini məğlub edən Ö.Rəcəbli 1/8 finala vəsiqə qazanıb.

Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Azərbaycan turnirdə 15 cüdoçu ilə təmsil olunur.

Azərbaycanın daha bir cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbəri verir ki, idmançı 1/16 finalda Nase Herkoviçlə (Sloveniya) üz-üzə gəlib.

Rəqibini məğlub edən Z.Tçkayev növbəti raunda yüksəlib.

Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Azərbaycan turnirdə 15 cüdoçu ilə təmsil olunur.

Azərbaycan cüdoçusu Südabə Ağayeva (70 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, idmançı 1/32 finalda Maya Goşenlə (İsrail) üz-üzə gəlib.

Rəqibini məğlub edən S.Ağayevə növbəti raunda vəsiqə qazanıb.

Bu gün Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq) və Murad Fətiyev (90 kq) də tatamiyə çıxacaqlar.

Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Azərbaycan turnirdə 15 cüdoçu ilə təmsil olunur.

Seçilən
1
11
far.az

10Mənbələr