AZ

İllər sonra gələn sevgi etirafı: "Elçi getdim..."

"69 yaşımda etiraf edim? Gecdi... O vaxt Firuzə İbrahimovanı bəyənirdim, istədim onu. 16-17 yaşı var idi. Mənim də eyni. İstəyirdim, gedib-gəlirdim, razılaşmadı. İndi deyir ki, bilsəydim Kukla Teatrında işləyəcəksən, razılaşardım".

"Cebheinfo.az" Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov "Günə bax" verilişində deyib. Aktyor Əməkdar artist Firuzə İbadova ilə bağlı etiraf edib. O bildirib ki, illər əvvəl müğənniyə elçi düşüb.

F.İbadova isə onun sözlərinə "Ürəyinə gəlir deyir. Qoy, desin. Rəhmanı və xanımını çox istəyiəm. Sənətimi o qədər sevirdim ki... O qədər elçi gəlirdi. Mənim bir Məcnunum var idi: səhnə. İndiyənə qədər də sənətimi sevirəm" cavabını verib. 

https://www.instagram.com/reel/DXRI1qVAPxU/?utm_source=ig_web_copy_link

"Cebheinfo.az"

Seçilən
2
9
cebheinfo.az

10Mənbələr