AZ

Kürdəmirə gedən yollar: Sərnişin üçün yeni nəqliyyat seçimi (FOTO)

Bakı.Trend:

Pandemiyadan təxminən altı il sonra Bakı–Kürdəmir istiqamətindədəmir yolu əlaqəsinin yenidən bərpası mümkün oldu. Yenilənmişqrafikə əsasən Bakıdan-Kürdəmirə qədər olan məsafə artıq 2 saat 11dəqiqəyə qət edilir, standart bilet qiyməti isə 11 manat 10 qəpikmüəyyən edilib. Bununla yanaşı, Kürdəmirə avtomobil nəqliyyatı ilədə səfər etmək mümkündür ki, bu da sərnişinlər üçün alternativseçimlər yaradır və ümumilikdə nəqliyyat əlçatanlığını artırır.

Mövzu ilə əlaqədar Trend-ə açıqlamasında nəqliyyat eksperti RaufAğamirzəyev bildirib ki, nəqliyyat növlərinin müxtəlifliyiartdıqca, əhalinin mobilliyi və regionlara çıxış imkanları dagenişlənir. Vətəndaşlar öz ehtiyaclarına və imkanlarına uyğunnəqliyyat vasitəsini seçə bildikdə, bu, həm rahatlığı artırır, həmdə yaşayış məntəqələrinin ümumi cəlbediciliyinə müsbət təsirgöstərir. Eyni zamanda, nəqliyyat əlçatanlığı daşınmaz əmlakbazarında qiymət artımına təsir edən əsas amillərdən biri kimiçıxış edir.

“Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Kürdəmiristiqamətinə avtobuslarla səfər təxminən 3 saat davam edir vəgedişhaqqı 7 manat 20 qəpikdir. Dəmir yolu nəqliyyatında isə həftəiçi Bakı–Qazax və Bakı–Balakən (yataq tipli) qatarları üzrəümumilikdə 3 reys həyata keçirilir, əlavə olaraq şənbə günləriBakı–Ağdam marşrutu fəaliyyət göstərir. Bayram və qeyri-işgünlərində reyslərin sayı artırılır. Biletlərin qiyməti dinamiktarif siyasətinə əsasən tənzimlənir və əvvəlcədən alınan biletlərdaha sərfəli olur”.

Ekspertin fikrincə, qatarla səyahət müddətinin avtobuslamüqayisədə daha qısa olması bu nəqliyyat növünü əlavə olaraq dahacəlbedici edir: “Bununla yanaşı, Hacıqabul-Bakı dəmir yolu xəttindəelektrik təchizatının sabit cərəyan sistemindən dəyişən cərəyanakeçirilməsi istiqamətində işlər davam etdirilir və layihəninnövbəti il ərzində başa çatdırılması planlaşdırılır. Bu yenilikregionlar üzrə qatar hərəkətinin intensivliyinin artırılmasınaşərait yaradacaq və Azərbaycanın strateji tranzit mövqeyini daha dagücləndirməsinə töhfə verəcək”.

R.Ağamirzəyev əlavə edib ki, Kürdəmir rayonu M-2(Bakı–Ələt–Qazax–Gürcüstan sərhədi) magistralı ilə R-11(Ağsu–Kürdəmir–Bəhramtəpə) avtomobil yolunun kəsişdiyi mühümnəqliyyat qovşağında yerləşir: “Bu coğrafi mövqe rayona həmtranzit, həm də regional mərkəz kimi əlavə üstünlüklər qazandırır.Nəticə etibarilə, Kürdəmir artıq yalnız keçid məntəqəsi deyil,formalaşmaqda olan regional nəqliyyat qovşaqlarından biri kimi önplana çıxır”.

Seçilən
14
az.trend.az

1Mənbələr