AZ

"Ayaks" "Real"ın yarımmüdafiəçisini transfer etmək istəyir

Bakı. Trend:

"Ayaks" yeni mövsüm üçün yarımmüdafiə xəttini təcrübəli oyunçuilə gücləndirməyi planlaşdırır.

Trend xaricimediaya istinadən xəbər verir ki, Amsterdam klubunun əsas hədəfi"Real"da çıxış edən Dani Sebalyosdur. Bu barədə "Diario AS" nəşriməlumat yayıb.

Sebalyosla ilkin danışıqlara başlayıb. Madrid təmsilçisi bumövsüm az forma şansı qazanan ispaniyalı futbolçu üçün gələntəklifi dəyərləndirməyə hazırdır.

Qeyd edək ki, "Real" Dani Sebalyosu 2017-ci ilin yayında"Betis"dən transfer edib. 29 yaşlı yarımmüdafiəçi bu mövsüm "kralklubu"nun heyətində 22 rəsmi matçda meydana çıxıb.

Məqalədə:
Seçilən
17
2
az.trend.az

3Mənbələr