AZ

MPL: "Karvan-Yevlax" "Şamaxı"ya qarşı - YENİLƏNİR

Misli Premyer Liqasında XXVIII tur davam edir.

Fanat.Az xəbər verir ki, bu gün 2 qarşılaşma baş tutacaq.

Günün ilk matçında “Karvan-Yevlax” “Şamaxı”nı qəbul edəcək. Qarşılaşma saat 15:30-da Yevlax şəhər stadionunda keçiriləcək. 

Günün növbəti qarşılaşmasında isə "Qarabağ" və "Sabah" münasibətlərə aydınlıq gətirəcəklər. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 19:30-da başlayacaq. Turun mərkəzi görüşünü Elçin Məsiyev idarə edəcək. 

Tura bazar günü yekun vurulacaq. 

Qeyd edək ki, ötən gün "Araz-Naxçıvan" "Turan Tovuz"a böyük hesabla (0:3) uduzub, "Zirə" – "Neftçi" derbisində isə qalib müəyyənləşməyib (1:1).

Misli Premyer Liqası
XXVIII
18 aprel

"Karvan-Yevlax" – "Şamaxı" 0:0 (1-ci hissə)
Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Yevlax şəhər stadionu.

“Karvan-Yevlax”: 99. Pedro Mateuş, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 8. Peter Kings, 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 17. Samir Abdullayev, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Baş məşqçi: Fizuli Məmmədov.
“Şamaxı”: 62. Abdulla Seydəhmədov, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 10. Andrey Tirkoveanu, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 4. Sezar Enrike, 44. David Santos.
Ehtiyat oyunçular: 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 2. Abdulla Rzayev, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 88. Rodriqo Fernandeş, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.

19:30. "Qarabağ" – "Sabah"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov.
VAR: Tural Qurbanov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Tofiq Bəhramov adına Respublika stadionu.

Seçilən
5
6
fanat.az

9Mənbələr