AZ

Avropa çempionatı: Zelim Tçkayev bürünc medal qazandı

Azərbaycanın cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Fanat.Az xəbər verir ki, idmançı üçüncü yer uğrunda görüşdə belçikalı Mattias Kasseyə qalib gəlib.

Bununla da Tçkayev fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar.

Bu gün mübarizəyə qoşulan digər təmsilçilərimizdən Südabə Ağayeva (70 kq) 1/8 finalda Szofi Ozbasa (Macarıstan), eyni mərhələdə Ömər Rəcəbli (81 kq) Vasiliye Qrujiçiçə (Serbiya) və Murad Fətiyev (90 kq) 1/16 finalda Aleks Çretə (Rumıniya) uduzaraq yarışı mükafatsız başa vurublar.

Seçilən
2
6
fanat.az

7Mənbələr