AZ

Lavrov və Fidan Yaxın Şərqdə baş verənləri müzakirə ediblər

Moskva, 18 aprel, AZƏRTAC

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antaliya Diplomatik Forumu çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

AZƏRTAC Rusiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, tərəflər beynəlxalq və regional gündəliyin əsas məsələlərini, o cümlədən Körfəz ölkələri və Yaxın Şərqdəki vəziyyəti ətraflı müzakirə ediblər. Rusiya və Türkiyənin böhranların həlli üçün bundan sonra da konstruktiv əməkdaşlığı davam etdirmək niyyətində olduqları vurğulanıb.

Bildirilib ki, nazirlər ikitərəfli dialoqun aktual məsələləri üzrə mövqelərini uzlaşdırıblar, iqtisadi-ticari və enerji əməkdaşlığının əsas istiqamətlərini müzakirə ediblər, həmçinin qarşıdakı görüşlərin qrafikini razılaşdırıblar.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Seçilən
19
2
azertag.az

3Mənbələr