AZ

Makron fransalı sülhməramlının ölümündə Hizbullah ı ittiham edib

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Livanda BMT sülhməramlılarına hücum nəticəsində bir fransalı əsgər həlak olub, daha üç nəfər yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkələrdə bildirib.

"17-ci paraşüt-desant mühəndis-istehkam alayından baş çavuş Florian Montorio bu səhər Livanın cənubunda hücum zamanı həlak olub. Onun üç döyüş yoldaşı yaralanıb və təxliyə edilib. Bütün əlamətlər bu hücuma görə "Hizbullah"ın məsuliyyət daşıdığını göstərir", - o qeyd edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
4
cebheinfo.az

5Mənbələr