AZ

TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirildi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib.

Sitat.info xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

Qeyd edilib ki, Qeyri-rəsmi Zirvə Görüşü Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

Nazir çıxışında qlobal miqyasda geosiyasi parçalanmanın dərinləşdiyini və müxtəlif regionlarda münaqişələrin davam etdiyini qeyd edərək, bu şəraitdə regional əməkdaşlığın əhəmiyyətinin daha da artdığını vurğulayıb.

O, həmçinin Xarici İşlər Nazirləri Şurasının müntəzəm qeyri-rəsmi görüşlərinin, eləcə də 2025-ci ilin oktyabrında Qəbələ Zirvə Görüşündə təsis edilən və 2026-cı ilin martında İstanbulda daha da inkişaf etdirilən “TDT+” formatının inklüziv və strateji tərəfdaşlıqların təşviqinə xidmət etdiyini diqqətə çatdırıb.

Seçilən
18
26
sitat.info

10Mənbələr