AZ

Azərbaycan təmsilçisi Belçikada qızıl medal qazandı FOTO

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Belçikanın Opqlabbeek şəhərində keçirilən konkur üzrə CSİ2 kateqoriyalı “Easter Tour” yarışında Azərbaycanı təmsil edən təcrübəli idmançı Patrik Makenti uğurlu çıxışı ilə yadda qalıb.

İdman.Biz xəbər verir ki, Böyük Britaniya, ABŞ, Yaponiya, İsveçrə, Almaniya, Belçika, İrlandiya və Türkiyədən olan ümumilikdə 41 idmançının qatıldığı mötəbər yarışda təmsilçimiz ən yüksək nəticəni göstərərək qızıl medala sahib çıxıb.

Patrik Makenti “Lloyd’s Mury Marais Z” ləqəbli atla hündürlüyü 140 sm olan maneələri uğurla dəf edərək birinci yeri tutub. İki mərhələdən ibarət yarışda idmançımız hər iki mərhələnin yekun nəticələrinə əsasən rəqiblərini qabaqlayaraq turnirin qalibi olub.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
icma.az

1Mənbələr