AZ

Nəsimi rayonunda moped oğurlayan şəxslər saxlanılıb

Nəsimi rayonu ərazisində bir nəfərə məxsus 1400 manat dəyərində "Tufan" markalı moped oğurlanıb.

Bu barədə "Far.Az"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı K. Qaçayev müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs mopedi oğurlayaraq evinə aparıb. Daha sonra alqı-satqı saytlarından birinə elan yerləşdirərək mopedi satıb.

Rayon ərazisində 1500 manat dəyərində digər bir mopedi oğurlamaqda şübhəli bilinən S.İbrahimov və N.Əhədov da polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.

Seçilən
16
9
far.az

10Mənbələr