AZ

Bu il kim olacaq? - 36 illik ənənə

Dünyaca məşhur “People” jurnalı ənənəvi “Dünyanın ən gözəl insanları” layihəsini yenidən gündəmə gətirib.

Bizim.Media xəbər verir ki, nəşr 36 ildir davam edən bu xüsusi buraxılış çərçivəsində 2026-cı ilin “ən gözəl” ulduzunu təqdim etməyə hazırlaşır.

Jurnal bununla bağlı həm arxiv materiallarını yenidən diqqətə çıxarıb, həm də əvvəlki illərin ikon simalarını xatırladıb. Layihə tarixində bir neçə dəfə bu ada layiq görülən Yuliya Roberts, həmçinin Beyons və Cennifer Lopez kimi məşhurlar yenidən müzakirə mövzusuna çevrilib.
 

Son illərdə isə layihənin konsepsiyasında diqqətçəkən dəyişiklik müşahidə olunur. Əgər əvvəllər seçim əsasən zahiri görünüş üzərindən aparılırdısa, indi “gözəllik” anlayışı daha geniş çərçivədə təqdim edilir.


Artıq özünəinam, həyat təcrübəsi və təbii görünüş kimi amillər də əsas meyarlar sırasındadır.

Xatırladaq ki, 2025-ci ildə bu ada layiq görülən Demi Mur olmuşdu. 60 yaşdan yuxarı aktrisanın seçilməsi sosial mediada geniş rezonans doğurmuş və gözəllik standartlarının dəyişməsi ilə bağlı müzakirələri gücləndirmişdi.

Hazırda isə diqqətlər 2026-cı ilin əsas cover ulduzunun kim olacağına yönəlib.

Sosial şəbəkələrdə müxtəlif namizədlər ətrafında müzakirələr davam edir və jurnalın növbəti seçiminin hansı mesajı verəcəyi maraqla gözlənilir. (qafqazinfo.az)







Bizim.Media

Seçilən
1
2
bizim.media

3Mənbələr