AZ

Bakıda bir neçə yol təmir olunurVİDEO

Paytaxt Bakının bir sıra küçələrində əsaslı təmir işlərinə başlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Rəşid Behbudov küçəsinin Şəmsi Bədəlbəyli ilə kəsişməsindən Bakıxanov küçəsinədək olan hissədə köhnə asfalt qatı qaşınaraq ərazidən kənara daşınıb.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Ncəfli deyib ki, hazırda Rəşid Behbudov küçəsində yolun yenidən qurulması istiqamətində işlər mərhələli şəkildə davam etdirilir. Proses zamanı nəqliyyatın hərəkəti tam məhdudlaşdırılmadan təşkil olunub.

Onun sözlərinə görə, təmir işləri bu gündən etibarən paytaxtın 5 ərazisində aparılır.

İşlər Ziya Bünyadov prospektində, Kənar Dairəvi yolda, Rəşid Behbudov, Şərifzadə və Səməd Vurğun küçələrinin müəyyən hissələrində həyata keçirilir. Planlaşdırılan təmir işlərinin aprelin 20-i səhər saatlarında yekunlaşdırılması nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
32
xezerxeber.az

1Mənbələr