AZ

Ceyhun Bayramov ilə Maqdalena Qrono ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayılıb. "Tərəflər Ermənistan–Azərbaycan normallaşma prosesinə xüsusi diqqət yetirməklə, regionda dialoqun və əməkdaşlığın irəliləməsinə dair fikir mübadiləsi aparıblar", - məlumatda bildirilib.Qeyd olunub ki, müzakirələr zamanı davamlı diplomatik təmasların əhəmiyyəti, sülh danışıqlarında əldə edilmiş irəliləyiş, hərtərəfli və davamlı sülh sazişinə doğru dinamikanın qorunub saxlanılmasının zəruriliyi vurğulanıb.

Həmçinin Azərbaycan-Aİ əməkdaşlığının genişləndirilməsi, o cümlədən enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və iqtisadi tərəfdaşlıq sahələrindəki imkanları nəzərdən keçirib, davamlı təmasların əhəmiyyəti vurğulanıb.

Seçilən
2
11
metbuat.az

10Mənbələr