AZ

Nazir Yaxın Şərqi onunla da müzakirə etdi - FOTO

Antalya Dioplomatik Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov D-8-in Baş katibi Soheyl Mahmud ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

Qeyd olunub ki, tərəflər siyasi, iqtisadi, ticarət, enerji, investisiya, nəqliyyat və logistika sahələrində Azərbaycan-D-8 əməkdaşlığının inkişaf etdirilməsini müzakirə ediblər.
 

D-8-ə qoşulduqdan bəri Azərbaycanın fəal iştirakı, o cümlədən ölkəmizdə keçirilən D-8 Həftəsi, Media və Nəqliyyat üzrə D-8 Mükəmməllik Mərkəzlərinin, D-8 Enerji və İqlim Mərkəzinin yaradılması istiqamətində davam edən səylər yüksək qiymətləndirilib.


Regional və qlobal təhlükəsizlik məsələlərinə də toxunulub, Yaxın Şərqdə gərginliyin azaldılmasına, beynəlxalq humanitar hüquqa riayət olunmasına və mülki şəxslərin qorunmasına xüsusi diqqət yetirilib.


Bizim.Media

Seçilən
12
6
bizim.media

10Mənbələr