BAKI, 18 aprel. TELEQRAF
Ukrayna Baş Prokurorluğu Kiyevin Qoloseyevski rayonunda baş verən atışmanı terror aktı kimi təsnif edib.
Teleqraf xəbər verir ki, bu barədə baş prokuror Ruslan Kravçenko Telegram-da bildirib.
"Paytaxtın Qoloseevski rayonunda mülki şəxslərin güllələnməsi və girov götürülməsi ilə bağlı Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsinin 3-cü hissəsi — ölümlə nəticələnən terror aktı ilə cinayət işi açılıb", - deyə o yazıb.
Qeyd edək ki, bu gün Kiyevdə mağazada atışma nəticəsində iki nəfər ölüb, 10 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
İnsanları girov götürən şəxs xüsusi təyinatlılar tərəfindən əməliyyat zamanı öldürülüb.