AZ

Yuxudan 3 saat əvvəl bunlardan uzaq durun

Bəzi vərdiş halını almış axşam fəaliyyətləri qan təzyiqinin yüksəlməsinə səbəb ola, eyni zamanda orqanizmin gecə bərpasına maneə törədə bilər.

Xüsusilə saat 18:00-dan sonra müəyyən davranışlardan çəkinmək sağlamlıq üçün vacibdir.

Həkimlər bu baxımdan qarşısı alınmalı olan bir sıra məqamları açıqlayıblar. Belə ki, güclü ağız yaxalayıcılarının istifadəsi faydalı bakteriyaları məhv edərək azot oksidinin istehsalını azalda bilər. Bu maddə qan damarlarının rahatlamasına kömək etdiyindən onun çatışmazlığı təzyiqin artmasına təsir göstərir.

Eyni zamanda yatmazdan əvvəl smartfon və digər elektron cihazlardan yayılan mavi işıq melatonin hormonunun ifrazını zəiflədir. Bu isə həm yuxu rejiminə, həm də damar sağlamlığına mənfi təsir edir. Həkimlər axşam saatlarında intensiv statik məşqlərdən də uzaq durmağı tövsiyə edir. Plank kimi hərəkətlər qan təzyiqini bir neçə saat yüksək saxlaya bilər. Bundan əlavə, sakitləşdirici əlavələrin, məsələn, yaşıl çayın tərkibində olan L-teaninin nəzarətsiz qəbulu sinir sistemi və ürək ritminə gözlənilməz təsir göstərə bilər.

Nəfəs məşqləri zamanı nəfəsi uzun müddət saxlamaq isə oksigen səviyyəsinin azalmasına və ürəyə əlavə yük düşməsinə səbəb ola bilər.

Mütəxəssislər həmçinin gec saatlarda yemək yeməyin də zərərli olduğunu vurğulayır. Yatmazdan üç saatdan az müddət əvvəl qida qəbulu orqanizmin istirahət prosesini pozur, bu da qan təzyiqinə və ürəyin gecə bərpasına mənfi təsir edir. Buna görə də sağlam yuxu və normal təzyiq üçün axşam vərdişlərinə diqqət yetirmək tövsiyə olunur.  (Sfera.az)

Seçilən
2
2
musavat.com

10Mənbələr