İran ölkənin cənub sahilində yeni şəhər inşa edəcək.
Bildirilib ki, Makran-e Mərkəzi adlandırılacaq bu şəhər Hörmüzqan əyalətində, Fars körfəzi sahilində salınacaq.
Qeyd edilib ki, Ali Şəhərsalma Şurası artıq layihənin texniki-iqtisadi əsaslandırmasını, yerini və baş planını təsdiqləyib. Yeni nəsil şəhər dəniz iqtisadiyyatı və enerji istehsalına yönələcək. O, Abkuhi və Kalirak yaşayış məntəqələrinin yaxınlığında tikiləcək.
Yeni şəhərin sahəsi 3200-3500 hektar, əhalisi isə 150-175 min nəfər təşkil edəcək. Tikinti zamanı əsas diqqət balanslaşdırılmış inkişafa, ətraf mühitin mühafizəsinə, özəl sektorun cəlb edilməsinə və yerli əhali üçün imkanların yaradılmasına yönəldiləcək. /Publika.az
Telegram kanalımız