AZ

Müharibə yaxın günlərdə yenidən başlaya bilər

ABŞ Prezidenti Donald Tramp şənbə günü səhər saatlarında Hörmüz boğazı ətrafında yenidən alovlanan böhranı və İranla danışıqları müzakirə etmək üçün Ağ Evdə operativ müşavirə keçirib.

Publika.az xəbər verir ki, bu barədə "Axios" nəşri ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

İranla bağlı vəziyyət kritik həddə çatıb; belə ki, atəşkəs razılaşmasının müddətinin üç gündən sonra başa çatacağı gözlənilir, ABŞ və İran nümayəndələri arasında yeni görüşün dəqiq tarixi isə hələ də müəyyənləşməyib.

Rəsmi Tehranın boğazın yenidən bağlanacağı və su yolu ilə hərəkət edən bir neçə gəmiyə çoxsaylı hücumlar edildiyi barədə şənbə günü verdiyi bəyanat, Trampın müharibəni dayandırmaq üçün "bir-iki günə" razılıq əldə oluna biləcəyi ilə bağlı açıqlamasından cəmi 24 saat sonraya təsadüf edib.

Seçilən
19
publika.az

1Mənbələr