AZ

Azərbaycan və Ruanda əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib

Bakı. Trend:

Aprelin 18-də xarici işlər naziri Ceyhun Bayramov AntalyaDiplomatiya Forumunda iştirakı çərçivəsində Ruanda Respublikasınınxarici işlər və beynəlxalq əməkdaşlıq naziri Olivye Jan PatrikNduhungirehe ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə verilən məlumatagörə, görüşdə, iki ölkə arasında ikitərəfli, habelə çoxtərəfliəməkdaşlığın perspektivləri müzakirə olunub.

Tərəflər Azərbaycan və Ruanda arasında BMT, Qoşulmama Hərəkatıvə İslam əməkdaşlıq Təşkilatı çərçivəsində münasibətlərin inkişafetdirilməsinin vacibliyini vurğulayıblar.

Ruanda Prezidentinin Bakıda keçirilmiş COP29-un LiderlərSammitində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbuluzamanı aparılmış müzakirələrin iki ölkə arasında əməkdaşlığıninkişafı üçün yeni imkanlar yaratdığı vurğulanıb. Yüksək səviyyəliqarşılıqlı səfərlərin, Xarici İşlər Nazirlikləri arasında siyasiməsləhətləşmələrin münasibətlərə əlavə təkan verdiyi məmnunluqlaqeyd olunub.

Müzakirələr zamanı ticarət, sərmayə, mədənçilik, neft-qaz, kəndtəsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq üçün genişimkanların olduğu vurğulanıb. Ruanda tərəfinin vətəndaşlara xidmətmərkəzlərinin məhz Azərbaycanın bu sahədə uğurlu layihəsi olan"ASAN xidmət" konsepsiyası əsasında təsis edilməsinə göstərdiyimaraq yüksək qiymətləndirilib. Ruandanın Formula-1 yarışlarınahazırlıq işləri apardığı, bu sahədə ölkəmizin təcrübəsinin faydalıolduğu bildirilib. Ruandanın ölkəmizin təhsil sahəsində həyatakeçirdiyi təqaüd proqramında məmnuniyyətlə iştirak etdiyivurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli vəregional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
40
az.trend.az

1Mənbələr