AZ

SEPAH komandanı xalqı səfərbərliyə çağırdı: “Müharibə davam edir”

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Kosmik Qüvvələrinin komandanı Seyid Məcid Musəvi ölkə daxilində səfərbərlik ruhunu gücləndirən sərt bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, o bildirib ki, müharibə hələ bitməyib və qarşı tərəf İrana zərbə endirmək üçün heç bir fürsəti qaçırmayacaq. Komandanın sözlərinə görə, döyüş meydanında yalnız hərbi qüvvələr deyil, eyni zamanda ölkə vətəndaşları da fəal olmalıdır.

“Böyük İran xalqı! Müharibə hələ də davam edir və düşmən ölkəmizə zərbə vurmaq üçün heç bir fürsəti əldən verməyəcək. Döyüş meydanında təkcə silahlı qüvvələr deyil, siz – bu torpağın cəsur insanları da iştirak etməlisiniz. Sərhəddən sərhədə keçərək öz torpağınızı qoruyun. Sizin ayıqlığınız və birliyiniz düşməni diz çökdürəcək”, – deyə Musəvi vurğulayıb.

Musavat.com

Seçilən
16
47
musavat.com

10Mənbələr