İnter Mayami"nin ulduz futbolçusu Lionel Messinin həyat yoldaşı Antonela Rokuzzo taxdığı bahalı boyunbağı ilə diqqət mərkəzinə düşüb.
A.Rokuzzonun ABŞ-dakı tədbirlərdən birində taxdığı boyunbağının qiyməti dünya mətbuatında geniş əks-səda doğurub. İspaniya mətbuatında yer alan məlumatlara görə, Antonelanın bu özəl tədbir üçün seçdiyi almaz boyunbağının dəyərinin tam 5 milyon dollar (təxminən 8,5 milyon manat) olduğu iddia edilir.
Sadə və zərif lacivərd rəngli libasını günəş formasındakı bu nəhəng kolye ilə tamamlayan Rokuzzo lüks üslubunu bir daha nümayiş etdirib.
Mətləb