Berlində elektrik kəsintiləri səbəbindən 1300-dən çox ev işıqsız qalıb.
Publika.az xəbər verir ki, aprelin 18-də günortadan sonra və axşam saatlarında Berlində elektrik enerji kəsintiləri baş verib.
Məlumatlara görə, 1314 ev təsərrüfatı elektrik enerjisiz qalıb. Kəsintilərin dəqiq səbəbi müəyyən edilməyib.