AZ

Konqo hakimiyyəti və üsyançılar humanitar karvanlarla bağlı razılığa gəliblər

Konqo Demokratik Respublikası hökumətinin və Alyans Fleuve Konqo üsyançı koalisiyasının nümayəndələri humanitar yardım, məhkəmə müdafiəsi, atəşkəsin monitorinqi və məhbusların azad edilməsini əhatə edən protokol üzərində razılığa gəlməkdə irəliləyiş əldə ediblər.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilir ki, müvafiq razılaşmalar bu həftə İsveçrədə keçirilən görüş zamanı əldə edilib. Tərəflərin birgə bəyanatına görə, danışıqlar aparanlar mülki şəxslərə hücumlardan çəkinməyə və humanitar personalın və yardım karvanlarının maneəsiz hərəkətini asanlaşdırmağa söz veriblər.

Qeyd olunur ki, bu tədbirlərin müzakirəsi gərginliyin azaldılması və vəziyyətin daha da nizamlanması üçün şərait yaradılması istiqamətində davam edən səylərin bir hissəsidir.

Seçilən
37
far.az

1Mənbələr