AZ

Bu şəhərlərdə vəziyyət pisləşib, ruslar bu cür hücum edir

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Donetsk vilayətinin Kramatorsk və Slavyansk şəhərlərində vəziyyət son zamanlar daha da pisləşib. Ruslar bu istiqamətdə təzyiqi artırıblar, bunun yay və ya yaz hücumları ilə əlaqəsi yoxdur.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 11-ci Ordu Korpusunun sözçüsü Dmitri Zaporojets məlumat verib.

O qeyd edib ki, sözügedən şəhərlərə hava hücumları da artıb:

“Bu həftə düşmən KAB-1500-dən istifadə etdi və şəhər mərkəzində (Slavyanskda) daha bir neçə binanı dağıtdı. Onlar məhz bu tip silahlardan əsasən mülki əhalini bu yaşayış məntəqələrindən qovmaq üçün istifadə edirlər”.

Zaporojets həmçinin bildirib ki, Kramatorskda, xüsusən də Çasov Yar istiqamətində fiber-optik dronlardan istifadə artıb:

“Düşmən bu dronlardan hərbi maşınlara və digər hədəflərə hücum etmək üçün istifadə edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
axar.az

1Mənbələr