Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
Paytaxtın Binəqədi rayonunda səkidə avtomobil park edən sürücü ilə sakinlər arasında narazılıq yaranıb.
Avtosfer.az xəbər verir ki, hadisə Azadlıq prospekti, 19-un yaxınlığında qeydə alınıb. Belə ki, sürücü “Toyota” markalı, 77-RH-836 dövlət qeydiyyat nişanlı avtomobilini piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkidə park edib.
Sakinlər sürücüyə irad bildirərək nəqliyyat vasitəsini həmin ərazidən götürməsini tələb etsələr də, o, buna məhəl qoymayıb. Şahidlərin sözlərinə görə, sürücü “Yaxşı edirəm, sən kimsən?” deyərək öz hərəkətinə haqq qazandırmağa çalışıb.
Qeyd edək ki, səkilərdə nəqliyyat vasitələrinin park edilməsi piyadaların təhlükəsiz hərəkətinə ciddi maneə yaradır və bu cür hallar xüsusilə azyaşlılar, yaşlılar və fiziki məhdudiyyətli şəxslər üçün əlavə risk formalaşdırır.
Eltac
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.