AZ

Tramp Tbilisidə kompleks yaradır

ABŞ prezidenti Donald Trampın şirkəti olan "Trump Organization" Tbilisidə göydələn tikməyi planlaşdırır. O, Gürcüstan paytaxtının ən hündür binası olacaq.

Publika.az xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb. Nəşr sözügedən layihənin tərəfdaşlarından birinin nümayəndəsinə istinad edib.

"Wall Street Journal"ın məlumatına görə, "Trump Organization" və tərəfdaşları paytaxtda çoxfunksiyalı kompleks olan "Trump Tower Tbilisi"ni tikmək niyyətindədirlər: "Təxminən 70 mərtəbəli binanın Gürcüstan paytaxtında ən hündür bina olacağı gözlənilir".

Nəşrin məlumatına görə, göydələndə lüks yaşayış yerləri və ticarət məkanları olacaq. Layihə ABŞ-ın memarlıq firması olan "Gensler" tərəfindən və Gürcüstanın "Archi Group" və "Biograpi Living"-in iştirakı ilə hazırlanır: "Layihədə Nyu-Yorkda yerləşən "Sapir Organization" şirkəti də iştirak edir".

Seçilən
2
2
publika.az

3Mənbələr