Azərbaycanın daha 3 cüdoçusu Gürcüstanın paytaxtı Tiflisdə keçirilən və bu gün başa çatacaq Avropa çempionatında mübarizəyə aparacaq.
Rekord.az xəbər verir ki, yarışın son günündə Zelim Kotsoyev (100 kq), Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) tatamiyə çıxacaqlar.
Avropa çempionatı
100 kq, 1/16 final
Zelim Kotsoyev – Nikola Pavlovski (Şimali Makedoniya)
+100 kq, 1/8 final
Kənan Nəsibov – Mateo Akiana Monqo (Fransa) / Erik Abramov (Almaniya) cütünün qalibi ilə
+78 kq, 1/16 final
Madina Kaisinova – Elis Startseva (Rusiya)
Xatırladaq ki, daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.