AZ

Bakıda Dünya kuboku bu gün BAŞA ÇATIR

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya kubokuna bu gün yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, üç gündür davam edən yarışların final mərhələsində gimnastlar halqa, top, lent və gürzlər kimi müxtəlif alətlərlə fərdi proqramlarda, eləcə də 3 halqa + 2 cüt gürz və 3 top + 2 cüt gürz kombinasiyaları üzrə qrup hərəkətlərində qüvvələrini sınayırlar.
 

Artıq 13-cü dəfədir ki, ölkəmizdə keçirilən bədii gimnastika üzrə Dünya kubokuna 42 ölkədən ən istedadlı gimnastlar toplaşıblar.


Qeyd edək ki, bu kuboku digərlərindən fərqləndirən əsas məqam onun Los-Anceles 2028 Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşımasıdır.

Yarışın sonunda ən yüksək icra xalını toplayan fərdi gimnast və qrup hərəkətləri komandası ənənəyə uyğun olaraq "AGF Trophy" mükafatına layiq görüləcək.

Bizim.Media

Seçilən
1
10
bizim.media

10Mənbələr