Məşhur müğənni və iş adamı Emin Ağalarov Dağıstanda baş vermiş dağıdıcı daşqınlardan zərər çəkənlərə kömək məqsədilə 120 min dollar vəsait ayırıb.
Ağalarov bu qərarını Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında elan edib.
Sözügedən vəsait sənətçinin 13-16 aprel tarixlərində İrkutsk, Krasnoyarsk, Novosibirsk və Tomsk şəhərlərində keçirdiyi dörd konsertdən əldə etdiyi tam qonorar hesabına formalaşıb.
İfaçı konsertlərdən gələn gəlirin üzərinə öz şəxsi vəsaitini də əlavə edərək məbləği artırıb.
Toplanan bütün vəsait fəlakətdən zərər çəkmiş sakinlərə ünvanlı yardım göstərilməsi üçün Rusiya Qızıl Xaç Cəmiyyətinin hesabına köçürüləcək.