AZ

Tailand gəmisi Hörmüz boğazından çıxdı

Tailand Xarici İşlər Nazirliyinin (XİN) təhlükəsiz keçidin təmin edilməsi barədə sorğusundan sonra bu ölkəyə məxsus gəmi Hörmüz boğazından çıxıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə krallığın xarici siyasət idarəsinin yaydığı məlumatda deyilir.

"Siam Cement Group" (SCG) rəhbərliyi şirkətin iki gəmisindən birinin - nazirliyin daha əvvəl İrandan təhlükəsiz çıxış üçün yardım xahiş etdiyi gəminin boğazı tərk etdiyi barədə məlumat verib.

XİN vəziyyəti izləyəcək və gəmi Tailanda çatdıqdan sonra Hörmüz boğazında qalan Tailand gəmilərinə yardım göstərilməsi üçün davam edən səylər barədə xəbər verəcək", - deyə məlumatda bildirilir./Oxu.az


Telegram kanalımız
Seçilən
27
1
yenisabah.az

2Mənbələr