AZ

ABŞ ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının potensialı müzakirə olunub

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

ABŞ ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyanın potensialını reallaşdırmaq üçün əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, müvəqqəti İşlər Vəkili Emi Karlon, Dövlət Departamentinin baş müşaviri Rebeka Neff və Ticarət və İnkişaf Agentliyinin (USTDA) ölkə direktoru Sara Leminq işgüzar nahara dəvət edilib.

"ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının potensialını reallaşdırmaq üçün əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb", - məlumatda qeyd olunub.

Xatırladaq ki, sözügedən xartiyanın imzalanma mərasimi 10 fevral 2026-cı ildə, ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri çərçivəsində imzalanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
7
azpolitika.info

8Mənbələr