AZ

ABŞ nümayəndələri İranla yeni danışıqlar üçün Pakistana gedir

ABŞ Prezidenti Donald Tramp bildirib ki, nümayəndə heyəti danışıqlar üçün Pakistanın paytaxtı İslamabada yola düşür və sabah axşam orada olacaq.

Redaktor.az-ın məlumatına görə, Tramp bu barədə “Truth” sosial şəbəkəsində paylaşım edib.

“New York Post” yazır ki, İranla bağlı danışıqlar bu həftə yenidən başlayacaq. Məlumata əsasən, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner də səfərə hazırlaşır.

Tramp qeyd edib ki, yeni danışıqlar raundu İran müharibəsinin dayandırılması məqsədi daşıyır. Bildirilib ki, Uitkoff bazar ertəsi axşam İslamabada çatacaq, Kuşner isə çərşənbə axşamı nəzərdə tutulan danışıqlarda iştirak edəcək.

Qeyd edək ki, danışıqlar İranın Hörmüz boğazından keçmək istəyən tankerlərə atəş açmasından sonra bərpa olunur.

Seçilən
6
2
redaktor.az

10Mənbələr