AZ

“Bu gün oyun haqda danışaq” Jorj Kaşkilya

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Misli premyer-liqasının 28-ci turunda “İmişli” səfərdə “Kəpəz”i məğlub etdi - 1:0. “Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların çalışdırıcısı Jorj Kaşkilya media önünə çıxıb.- Rəqibi yaxşı təhlil etmişdik. Bütün komanda oyuna hazır idi. 3 xalla ayrılmaq niyyətindəydik. Bunu əziyyətlə bacardıq. Bu oyunu Mozesə həsr edirik. 3 gün əvvəl atası rəhmətə gedib. Bizə böyük kömək etdi. Azarkeşlərimizə təşəkkür edirik. Qələbəyə layiq idik. İlk hissəyə strateji olaraq, güclü başladıq. Standart vəziyyətdən qol vurduq. Bir-iki qol da vura bilərdik. Nəticədən razıyıq. İkinci hissədə “Kəpəz” üstünlüyü ələ aldı. Əks-hücumda 2-3 qol da vura bilərdik. Alınmadı deyə müdafiəyə “oturduq”. Nəticə ədalətlidi. Çempionat bitməyib. Sona qədər xarakterimizi göstəcəyik. - Mediada yayılanlara görə, rəhbərlik sizə yeni müqavilə təklif edib. Danışıqlar nə yerdədi?- Məqsədimiz tam əldə olunmayıb. Bundan sonra danışarıq.- Məqsəd nədi ki?- Məqsədimiz elitada qalmaqdı. Bu hələ 100 faiz deyil. - Bu mövsümdəki şərtlərlə yeni mövsümə də razı olarsız?- Bu gün oyun haqda danışaq (gülür).- Mövsümün əvvəlində azarkeşsiz, stadionsuz sonuncu olacağınız deyilirdi. Bu sizi motivasiya edirdi, yoxsa əksinə?- Çətinliklər, ağır şərtlər komandanın əsl xarakterini göstərir.- Texniki heyət futbolçuların keyfiyyətinə inanırdı. 29 xalımız var, amma biz 32 sayırıq. Bu böyük nəticədi.- İmişlidə oynasaydız, daha artığını etmək olardı?- Bilmirəm (gülür).MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
1
icma.az

2Mənbələr