AZ

“Yusif İmanov cəzalanacaq” - Azər Bağırov

Misli premyer-liqasının 28-ci turunda “Kəpəz” Yevlaxda “İmişli”yə uduzdu - 0:1.

Oyunsonrası mətbuat konfransında Azər Bağırov jurnalistlərin suallarını cavabladı.

- “İmişli”nin müdafiəyə necə qapandığınıbilirik. Təhlil edəndə futbolçulara demişdik. Standart vəziyyətlər oyunlarında geridönüş nöqtələridi. Belə də qol buraxdıq. Bu hissədə daha güclü olmaq lazımdı. Son oyunlar daha vacibdi.

- Klub ətrafında mənfi söz-söhbət dolaşır.
- Futbolda hər şey ola bilər. Futbolçular da insandı. Məncə, onlar oyuna köklənmişdi. Biri gedir, biri gəlir. Futbolçular məsuliyyəti dərk etməlidi. Xüsusi ilə də Gəncədə.

- Yusif İmanovun davranışı ilə bağlı fikriniz?
- Nə qədər əsəbi olsa da, elə reaksiya verməməliydi. Yusif mən tərəfdən cəzalanacaq. Paltardəyişmə otağında səhvini anladı.Qələbə qazandığımız oyunlardan sonra futbolçuların “başı yuxarıdı”.

- Gəncə təmsilçisi nə vaxta qədər elitada qalmaq uğrunda mübarizə aparacaq?
- Əks tərəfdən də baxaq. 5-6-cı yerlərdə olan komandaların büdcəsini fikirləşəndə bizdə ürəkaçan deyil. İlk gələndə də komandanı yığa bilməmişəm. Camalı, Rəhmanı transfer etdik. İstədiyimiz futbolçuları ala bilmədik. Yaxşı nəticə üçün azı 18 futbolçun olmalıdı. Addım-addım olmalıdı. Böyük pulla da olan iş deyil.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
18
1
football-plus.az

2Mənbələr