AZ

“Hörmüzlə bağlı danışıqlar yaxşı gedir”

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Hörmüz boğazı ilə bağlı danışıqlar yaxşı gedir”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ-nin enerji naziri Kris Rayt “Fox News”un “Fox News Sunday” proqramında çıxışı zamanı deyib.

O bildirib ki, İran tərəfi ilə Hörmüz boğazı ətrafında aparılan danışıqlar müsbət istiqamətdə irəliləyir və ABŞ razılaşmadan “çox da uzaqda deyil”.

Nazirin sözlərinə görə, ictimaiyyətə əks olunan sərt ritorikaya baxmayaraq, real diplomatik proses daha konstruktiv şəkildə davam edir.

“İranlılarla danışıqlar gedir. İctimai çıxışlara baxmayaraq, məncə, proses yaxşı irəliləyir”, – deyə Rayt bildirib.

Prezident Donald Trampa yaxın mövqeyi ilə tanınan Rayt onu “yaradıcı danışıqlar aparan lider” kimi xarakterizə edib və Vaşinqtonun müxtəlif diplomatik yanaşmalardan istifadə etdiyini deyib.

Onun sözlərinə görə, tərəflər yekun razılaşmaya yaxındır: “Düşünürəm ki, bu münaqişənin müsbət sonluğa doğru getmə ehtimalı var”.

Nazir əlavə edib ki, Hörmüz boğazında vəziyyət sabitləşdikdən sonra beynəlxalq gəmiçiliyin bərpası müəyyən vaxt aparacaq, lakin prosesin uzun sürməyəcəyi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
4
qafqazinfo.az

5Mənbələr