Bu və ya digər şəkildə sülh razılaşması olacaq.
Redaktor.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “ABC News”a müsahibəsində deyib.
O bildirib ki, bu, ya asan, ya da çətin yolla baş verəcək.
"Artıq atəş açıldığı üçün onlar atəşkəs razılaşmasını pozublar. Amma o vaxtdan bəri atəş açmayıblar. Görək nə olacaq. Hər şey yaxşı olacaq", - deyə Tramp əlavə edib.