AZ

Bakıda təhlükə: 100 yaşı olan qamış bina hər an uça bilər

Bakı şəhəri Xətai rayonu UPD qəsəbəsi, Araz Novruzov küçəsi, 36 ünvanında yaşayan sakinlər ciddi təhlükə ilə üz-üzədirlər.

Bakıvaxtı.az Musavat.com-a istinadən bildirir ki, 100 yaşı olan qamış bina artıq tam yararsız vəziyyətə düşüb və hər an uçmaq riski daşıyır.

İkimərtəbəli binada 8 ailə yaşayır. Sakinlər bildirirlər ki, evin divarları çat verib, konstruksiya ciddi şəkildə zəifləyib və bina faktiki olaraq yaşamaq üçün təhlükəli vəziyyətdədir.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, Araz Novruzov küçəsi, 34 ünvanında yerləşən və uzun müddət istismar nəticəsində qəzalı vəziyyətə düşən bina artıq Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına əsasən qəzalı binalar siyahısına daxil edilib.

Qeyd olunur ki, həmin qərar Bakı şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır və şəhərsalma normalarına cavab verməyən təhlükəli binaların mərhələli şəkildə köçürülməsini nəzərdə tutur.

Seçilən
8
8
bakivaxti.az

9Mənbələr