AZ

“Titanik”dən sağ çıxmış sərnişinin xilasedici jileti hərracda satıldı

1912-ci ildə qəzaya uğramış “Titanik” kruiz laynerinin sərnişininə məxsus xilasedici jilet hərracda 715 min dollara satılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Henry Aldridge & Son” hərrac evi məlumat verib.

Məlumata görə, bu, Atlantik okeanında qəzaya uğrayan gəmidən qorunub qalan nadir xilasedici jiletlərdən biridir və İngiltərənin Uiltşir qraflığında yerləşən Divayzis şəhərində ilk dəfə satışa çıxarılıb.

Bildirilir ki, jilet birinci kateqoriyalı sərnişin Lora Meybl Frankatelliyə məxsus olub. O, “Titanik”in aysberqlə toqquşmasından sonra xilasedici qayığa minərkən bu jileti geyinib.

Daha sonra qadın xilasedici qayıqda olan digər sağ qalanlarla birlikdə jilet üzərində imza qoyub. Frankatellinin ailəsi bu əşyanı onilliklər ərzində qoruyub, daha sonra isə onu şəxsi kolleksiyaçı alıb.

Jiletlə yanaşı, hərracda Frankatellinin xilasedici qayıqdakı digər sərnişinlərlə birlikdə əks olunduğu qəzet fotosu və onun qəza barədə yazdığı məktubun surəti də satılıb./Oxu.Az/

Seçilən
20
nocomment.az

1Mənbələr