AZ

“Milan” üçün əsas olan xallardır"

İtaliyanın “Milan” klubunun müdafiəçisi Fikayo Tomori “Verona” üzərində qazanılan qələbədən sonra komandasının çıxışını dəyərləndirib.

90deqiqe.Az xəbər verir ki, futbolçu nəticənin vacibliyini ön plana çəkərək, oyunun daha yaxşı ola biləcəyini etiraf edib:

“Əlbəttə, daha yaxşı oynaya bilərdik. Rabiot bu məsələdə haqlıdır. Amma hazırda ən önəmlisi xal toplamaqdır. Ümid edirəm ki, yaxşı istirahət edəcəyik və ‘Yuventus’a qarşı oyunda özümüzü ən yaxşı tərəfdən göstərə biləcəyik. Bu gün qazandığımız üç xal bizi məqsədimizə yaxınlaşdırır”, – deyə Tomori bildirib.

Qeyd edək ki, Fikayo Tomori 2021-ci ildən “Milan”ın formasını geyinir və komanda ilə birlikdə artıq İtaliya çempionu titulunu qazanıb.

Hazırda “rossoneri” A Seriyasında ikinci pillədə qərarlaşıb və çempionluq uğrunda mübarizəni davam etdirir.

Seçilən
20
90deqiqe.az

1Mənbələr