Suriya daxili təhlükəsizlik bölmələri və Baş Kəşfiyyat İdarəsinin birgə əməliyyatı nəticəsində "Hizbullah”la əlaqəli bir qruplaşma tərəfindən planlaşdırılan təxribat cəhdinin qarşısı alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə qruplaşma üzvləri bölgədə sabitliyi pozmaq məqsədilə digər ölkəyə raket atmağı planlaşdırıb.
Hadisə ilə əlaqədar iki nəfər saxlanılıb, qruplaşmanın üçüncü üzvü isə azadlıqdadır və onun tutulması üçün əməliyyat-axtarış tədbirləri davam edir.