AZ

“CBS News”: Floridada yüngül təyyarə qəzaya uğrayıb, pilot həlak olub

Bakı, 20 aprel, AZƏRTAC

ABŞ-nin Florida ştatında, Tampa şəhəri yaxınlığında yüngül təyyarənin qəzaya uğraması nəticəsində pilot həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində təyyarə yaşayış binasının həyətinə düşüb, ərazidə yanğın baş verib və binaya qismən ziyan dəyib.

Hadisənin səbəbləri araşdırılır. Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və Federal Aviasiya Administrasiyası faktla bağlı təhqiqata başlayıb.

Seçilən
28
3
azertag.az

4Mənbələr