AZ

Ronaldu növbəti dəfə fərqləndi, komandası yarımfinala yüksəldi

Asiya ikinci Çempionlar Liqasının dörddəbir final mərhələsində Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi "Əl-Vəsl" öz meydanında "Əl-Nəsr" ilə qarşılaşıb.

Fanat.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı komandası səfərdə 4:0 hesablı qələbə qazanmağı bacarıb.

Kriştianu Ronaldu bu matçda "Əl-Nəsr"in ilk qolunu vurub. Bu, portuqaliyalı futbolçunun karyerasındakı 969-cu qolu olub.

Daha sonra isə İniqo Martinez, Abdullah əl-Əmri və Sadio Mane fərqlənib. 

Nəticədə, "Əl-Nəsr" turnirin yarımfinalına yüksəlib və titula daha da yaxınlaşıb.

İkinci Çempionlar Liqası Asiya Futbol Konfederasiyası tərəfindən təşkil edilən illik qitə klub futbol turniridir. Asiyada ikinci ən böyük klub yarışmasıdır.
 

Seçilən
31
1
fanat.az

2Mənbələr