Bakı.Trend:
Qala-Şüvəlan yolunda ölümlə nəticələnən qəza baş verib.
Trend-inməlumatına görə, hadisə aprelin 19-da saat 20:10 radələrindəQala-Şüvəlan yolunda qeydə alınıb.
Belə ki, Behbudov Cəmil Nurulla oğlu idarə etdiyi “MercedesE-280” markalı avtomobillə hərəkətdə olarkən qarşı istiqamətdəngələn, Əşrəfzadə Vüqar İlqar oğlunun sürdüyü motosikletlə toqquşub.Nəticədə motosiklet sürücüsü aldığı xəsarətlərdən hadisə yerindəhəyatını itirib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.