AZ

Ötən gün Füzulidəki qəzada həyatını itirən hərbçilərin FOTOSU

Ötən
Ötən gün Füzuli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 1news.az “Qafqazinfo”ya istinadən faciəvi şəkildə həyatlarını itirən 36 yaşlı Əli Vəliyev və 26 yaşlı Mirqəşəm Talıbovun fotosunu təqdim edir:
Qeyd edək ki, qəza dünən səhər rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobillə “VAZ 2107” markalı maşın toqquşub. 1990-cı il təvəllüdlü Əli Vəliyev və 2000-ci il təvəllüdlü Mirqəşəm Talıbov hadisə yerində həyatlarını itirib. Qəzada xəsarət alan 1995-ci il təvəllüdlü Süleyman Süleymanov və 2001-ci il təvəllüdlü Rəşad Namazəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Məlumata görə, həyatlarını itirən şəxslər hərbçi, yaralanan R.Namazəliyev isə ANAMA əməkdaşıdır. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Seçilən
2
8
1news.az

10Mənbələr